Популярные новости

 (səs sayı: 2)
alt
Oturduğu skamyadan qalxdı, geyinmiş olduğu dənizçi formasını düzəltdi və şəhərin böyük qatar stansiyasındakı insanları gözdən keçirməyə başladı. Gözləri o qızı axtarırıdı-qəlbini çox yaxşı bildiyi, amma üzünü heç görmədiyi yaxasında qırmızı gül olan qızı. Ona olan marağı üç ay bundan əvvəl Floridadakı kitabxanadan başlamışdı. Rəfdən götürdüyü kitabın içindəki yazı onu çoxdan maraqlandırırdı. Kitabın səhifəsinin kənarında tuş qələmlə yazılmış yazıdan. Yumuşaq əl yazısı düşüncəli bir ruhu və insanın içinə işləyən bir xarakteri hiss etdirirdi. Kitabın baş səhifəsində o kitabı ən son oxuyan adamın adını gördü:Hollis Maynell. Bir xeyli zaman və əziyyətdən sonra çətində olsa adresi tapdı. Maynell Nyu-Yorkda yaşayırdı. Blenchard ona özünü tanıdan və yalnızca məktub dostu olmağı təklif edən bir məktub yazdı. Bir il bir ay boyunca bir-birilərini məktublarla tanıdılar. Hər məktub qəlblərinə düşən bir sevgi toxumuydu sanki. Bir romantizim başlayırdı. Blencard qızdan şəkil də istəmişdi, amma qız rədd etmişdi. Bir müddət sonra ilk görüş günlərini təyin etdilər. Nyu-York qatar stansiyasında saat 7-də. “Məni tanımağın üçün” qız məktubunda yazmışdır “Pencəyimin yaxasına qırmızı bir gül taxılı olacaq. Və budur saat 7 Blechard üzünü heç görmədiyi, amma qəlbini sevdiyi o qırmızı güllü qızı axtarırdı.
 
altHekayənnin davamını Blechardın öz dilindən oxuyaq:alt
Birdən gənc bir qızın mənə tərəf gəldiyini hiss etdim. İncə və uzun boylu, dalğalı sarı saçları çiyinlərinə tökülmüşdü. Mavi gözləri vardı. Mən də ona tərəf getməyə başladım. O qədər əfsunlanmışdım ki, yaxasında gül olub olmadığına belə baxmağı unutmuşdum. Ona yaxınlaşanda dodaqlarında yüngül bir gülümsəməylə “Mənimlə eyni istiqamətəmi gedirsən dənizçi?”deyə pıçıldadı. Az qalmışdı ki, ona tərəf bir addım daha atım, amma Hollis Maynelli gördüm. Qız düz arxasında dayanmışdı. 40 yaşını çoxdan keçmiş, saçlarını şapqasının altında yığmışdı. Kök, qısa boylu, qalın biləkli ayaqları yerdən ayaqqabının içinə girmişdi. Başımı çevirdim həmin qız artıq uzaqlaşırdı. Özümü 2-yə bölünmüş hiss etdim. Arzularım qızın arxasınca getməyimi, içimdən gələn bir istək isə tam bir il ruhu mənimlə olan qadına yaxınlaşmağımı deyirdi. Solğun,qırışmış bənizli qadın duygulu və kübar bir şəkildə dayanmışdı. Çəkinmədim. Məni tanıması üçün dediyim mavi üzlü kitabı ona tərəf uzatdım. Bu sevgi ola bilməzdi, amma mütləq dəyərli, bəlkə sevgindən də gözəl, çoxdan bəri minnətdar olduğum və olacağım bir dostluq kimi bir şey ola bilərdi. Qadını salamladım. Hər nə qədər çalışsam da belə bir qadını gözləməyimi hiss etdirən səs tonumla “Mən Con Blenchard,Sizdə Hollis Maynell olmalısınız.Sizinlə görüşə bildiyim üçün çox xoşbəxtəm.Sizinlə yemək yeyə bilərikmi?” deyə soruşdum. Qadının üzünə bir gülümsəmə yayıldı. Nədən danışdığınızı anlamıram, amma az əvvəl bax o qız məndən bu qırmızı gülü yaxama taxmamı xahiş etdi və dedi ki, əgər dənizçi formasında biri sizə yaxınlaşıb sizi yeməyə dəvət etsə, onu bir az aralıdakı restoranda gözlədiyimi deyin, yox əgər yaxınlaşmasa, onun axtardığı qadının siz deyil mən olduğumu bəlli etməyin”dediyinə görə bu bir növ sınaqdır...”
 
автор: incim_ 4-09-2009, 14:00 Просмотров: 255
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Grup: VIP

tşk


--------------------

 
   

Grup: VDP

Sitat: angels kissing
uzumde tebesssum yaratdigin ucun tesekkurler

sifr senin gulmen ucun her zaman maraqli sheyler qoyaram fellow
Sitat: beautiful demon
Incim her zamanki kimi ela tewekkurler canim

Sitat: Lolita
.Əməyi keçən hər kəsə təşəkkürlər.

sherh yazan her kese de menden teshekkurler


--------------------

 
   

Grup: İstifadəçi

[color=#993399][/color] smile wooww bx bu maragliydiii

[color=#993399][/color] smile wooww bx bu maragliydiii

 
   

Grup: İstifadəçi

Nə gözəl hekayədir.Eşq olsun oğlana.İnsanı bu cür sınayarlar,amma onu da qeyd edim ki,hamıya bu cür gözəl qız çıxmır lotereyadan çıxan kimi.Əməyi keçən hər kəsə təşəkkürlər.

 
   

Grup: Almaz Statusu

Incim her zamanki kimi ela tewekkurler canim.Sekilde qesendir.Hazirlayan redaktora xususi tewekkur


--------------------

 
   

Grup: İstifadəçi

ne yaxsi..uzumde tebesssum yaratdigin ucun tesekkurler incim

 
   

Grup: İstifadəçi

super. twk

 
   

Grup: VDP

sherhlerinize gore haminiza teshekkur redarkotada shekile gore xususi teshekkur


--------------------

 
   

Grup: İstifadəçi

Sadece tesekkur gozel movzudur

 
   

Grup: Gold İstifadəçi

TwK ELaa


--------------------

 
   

Grup: VIP

COX SAOL INCIM ZOVQNEN OXUDUM
KIM HAZIRLAYIBSA MARAGLI ALINIB WEKIL TAMAMLAYIR

ILK REY MENDEN


--------------------

 
   
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!