5 Oktyabr:Bu gün var edilmişəm. Buradayam. Bu çox gözəl bir hissdir. Hələki anam və atam varlığımı bilmirlər. Bir alma tumundan belə çox kiçiyəm. Amma necə olursa olsun mən mənəm və varam. Hələki bədənim, üzüm yoxdu, amma varlığımı və mənliyimi hiss edə bilirəm. Bir qız olacam və Bahar güllərini sevəcəm.
19 Oktyabr:Bir az böyümüşəm. Amma yenə də tərpənə bilmirəm. Anam varlığımı hiss etmir, amma mən onun qanı ilə bəslənirəm. Əminəm ki, anam məni çox sevəcək. Mən onun üçün böyük bir surpriz olacağam.
23 Oktyabr:Heç görmədiyim bir əl məni formalaşdırmağa başladı. Dodaqlarımda belə onun toxunuşunu hiss edə bilirəm. O əl mənim üçün dodaq, yanaq formalaşdırdı. Fikirləşə bilirsinizmi, bir ildən sonra bu əlin toxunduğu yerdə təbəssümlər olacaq. Dodağımdan və dilimdən sözlər töküləcək. Yəqin ki, ilk öncə “ANA” deyəcəyəm. Ana məni eşidirsənmi? Səninlə danışacam. Sənə gülümsəyəcəm. Belə görürəm ki, mən kimlərə görəsə hələ də var deyiləm. Bu necə ola bilər. Mən tam şəkildə olmasamda varam. Elə deyilmi ana, ah bir danışa bilsəydim!.....
27 Oktyabr:Bu gün çox xoşbəxtəm. İçimdə çox gözəl bir tərpəniş hiss edirəm. Artıq bir qəlbim var. Artıq qəlbim atır və həmişə də atacaq. Mənim qəlbim həmişə sevgilərlə dolacaq. Anam bədənində iki qəlbin bir vurduğunu bilsəydi, çox sevinərdi. Eşidirsənmi məni ana?
2 Noyabr:Hər gün bir az böyüyürəm. Qollarım, ayaqlarım hamısı öz formasını almağa başlayıb. Hələ qoy əllərim böyüsün gör səni necə qucaqlayacam ana. Bu ayaqlarım tamamlansın ikimiz bərabər qaçarıq çiçəkli baxçamızda. Bəlkə birlikdə məktəbədə gedərik....
12 Noyabr:Bəli bunlar....bunlar nə qədər sevimli və kiçikdirlər. Artıq barmaqlarım da çıxmağa başlayıb. Bunlarla güllər yığacağam, anamın əllərindən tutacağam. Kim bilir bəlkə də gözəl bir şeir yazacağam. Ana məni eşidirsənmi, əllərimi əllərinin içinə qoymağı səbirsizliklə gözləyirəm.
20 Noyabr:Nəhayət anam bu gün həkimə getdi. Burada olduğumu öyrəndi. Mənim şəklimi belə çəkdilər. Ana sevinirsənmi? Bir müddətdən sonra artıq qollarının arasında olacam
25 Noyabr:Artıq atam da burada olduğumu bilir. Amma hələ qız olduğumu bilmirlər. Onlara surpriz olacam.
10 Dekabr:Bu gün üzüm tamamlandı. Artıq iki gözəl gözüm, bir kiçik burnum, dodağım və yanağım var. Yəqin anama oxşayıram
13 Dekabr:Artıq ətrafıma da baxa bilirəm. Ətrafim çox qaranlıqdır, amma eybi yox. Yenə də xoşbəxtəm. Yaşayıram və varam. Dünyaya gəldikdən sonra gün işığını görə biləcəm. Rəngləri və çiçəkləri tanıyacam. Yuxuda görmüşəm ki, dünya və göyqurşağı adlı bir şey var. Mənə çox maraqlı gəldi. Ana, ata, sizin üzünüzü də görə biləcəm. Danışacağıq..Xoşbəxt olacayıq...Güləcəyik....
24 Dekabr:Qulaqlarımda artıq daha böyükdür. Ana sənin qəlbinin səsini eşidə bilirəm. Sən mənin qəlbimin səsini duya bilirsənmi? Hətta artıq sənin səsini belə tanıyıram. Səsin nə qədər gözəldir ,ana. Mən gözəl və sağlam bir qız olacam. Qollarında yatacam və o gözəl səsini dinləyəcəyəm. Mənə layla çalacaqsanmı? Bilirəm sən də məni çox görmək istəyirsən.Elə deyilmi?
28 Dekabr:Ana burda qəribə hallar baş verir. Həkim niyə sənə elə üzgün baxır?Ana sən xəstə kimisən qəlb atışların dəyişdi. Mənimlə niyə danışmırsan ana? Ana, üzümdə soyuq bir şeylər hiss edirəm. Ana üzümü parçaladılar. Ana qolumu dartırlar. Ana mənə çox əziyyət verirlər. Ana annna...gözlərimi parçalayırlar...Məni sənə bağlayan damarı qopartdılar ana..ana..məni parçalayırlar....ana...ana...ah....!